Rusiya Ukraynada Avropa sülhməramlı kontingentinin olmasına qarşı çıxmaqda davam edir.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əslində bunlar NATO qüvvələri və Ukrayna ərazisindəki aktivləri olacaq”, – Kreml nümayəndəsi izah edib.
Peskov qeyd edib ki, “xüsusi hərbi əməliyyatın başlamasının əsas səbəblərindən biri” məhz NATO qüvvələrinin Ukrayna ərazisində olmasının mümkün olmasıdır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO sülhməramlılarının Ukraynada olmasını Rusiya üçün təhlükə adlandırmışdı . Nazir vurğulayıb ki, Rusiya tərəfi heç bir halda buna razı olmayacaq.
Nuranə Məmmədova