ABŞ prezidenti Donald Tramp İran lideri Xameneiyə məktubunda İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün danışıqlara üstünlük verdiyini, lakin başqa variantların da mövcud olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətcə birbaşa danışıqlara girməyəcəklərini və İsrailin hücum təhdidlərinin bölgədə böyük münaqişəyə səbəb ola biləcəyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox Business Network” telekanalına açıqlamasında dünən İran lideri Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini vurğulayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkə mətbuatına verdiyi açıqlamada ABŞ və İsrailin hücum təhdidlərinin təzyiq və təhdidlərini dəyərləndirib.
ABŞ prezidenti Trampın İranı təhdid etməsi və danışıqlara çağırışı ilə bağlı suala isə Əraqçi “ABŞ-ın maksimum təzyiq siyasəti və təhdidləri davam etdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcəyik” deyib.
İsrailin İranın nüvə obyektlərinə hücum təhdidləri ilə bağlı Əraqçi, “İranın nüvə proqramı hərbi yolla məhv edilə bilməz. İnanıram ki, İrana hücum olarsa, bu hücum bölgədə böyük yanğına çevrilə bilər”.
“Fox Business Network”ə müsahibə verən Tramp İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyini açıqlayıb. “Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”, – Tramp bildirib.
İranın yüksək rütbəli rəsmiləri, xüsusilə prezident Məsud Pezeşkian və xarici işlər naziri Əraqçi tez-tez təzyiq və təhdid altında ABŞ-la danışıqlara getməyəcəklərini bəyan edirlər.
İran lideri Ayətullah Əli Xamenei Tramp administrasiyası ilə danışıqları “etibarsız ” və İranı təhdid edən danışıqları qadağan edib.
Əraqçi son olaraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında iştirak etdiyi Ciddədə verdiyi müsahibədə “ABŞ-ın maksimum təzyiq siyasəti və təhdidləri davam etdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcəyik” deyib.
Nuranə Məmmədova