image-319f710948_1000088256backend

Zelenski Ağ Evə qayıdır! Tramp Putinlə görüşünün tarixini açıqlayıb

ABŞ prezidenti Tramp əvvəllər Oval kabinetdə mübahisə etdiyi Ukrayna prezidenti Zelenskini yenidən Ağ Evə dəvət edəcəyini bildirib. Ukraynanın atəşkəs təklifini qəbul etdiyini xatırladan Tramp, “Ümid edirəm ki, yaxın günlərdə hərtərəfli atəşkəsə nail ola bilərik. Düşünürəm ki, bu həftə Putinlə görüşə bilərəm”.
Elchi.azxəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin qazonunda mətbuat mənsublarına ABŞ və Ukrayna arasında son danışıqları dəyərləndirib.
“Ukrayna bu razılaşmanı qəbul etdi və ümid edirəm ki, Rusiya da bunu qəbul edəcək. Biz bu gün və sabah onlarla görüşəcəyik və ümid edirəm ki, razılığa gələ bilərik “, – Tramp bildirib.
Zelenskini yenə ağ evə dəvət edəcək
İki ölkə arasındakı prosesin tam atəşkəslə sona çatacağına ümid etdiyini ifadə edən Tramp , “Beləliklə, burada söhbət tam atəşkəsdən gedir. Ukrayna bunu qəbul etdi və ümid edirəm ki, Rusiya da bunu qəbul edəcək “.
Ukrayna prezidenti Zelenskinin yenidən Ağ Evə dəvət edilib- edilməyəcəyi ilə bağlı suala Tramp “Bəli, mütləq” cavabını verib.
Atəşkəs üçün çalışmağa davam edəcəklərini vurğulayan Tramp sözlərini belə yekunlaşdırıb:
“Ümid edirəm ki, yaxın günlərdə hərtərəfli atəşkəsə nail ola bilərik. Düşünürəm ki, bu həftə Putinlə görüşə bilərəm “.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki