image-pakistan-hindistan-1-1backend

Pakistan və Hindistan atəşkəs elan edib

ABŞ prezidenti Donald Tramp ölkəsinin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. 
Elchi.az xəbər verir ki, Tramp özünün Truth Social hesabında Hindistan və Pakistan arasında danışıqların ABŞ-ın vasitəçiliyi ilə gecə boyu davam etdiyini açıqlayıb.
Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar da Pakistan və Hindistanın dərhal qüvvəyə minən atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb.
X sosial media platformasında paylaşım edən Dar iki ölkə arasında atəşkəslə bağlı açıqlama verib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki