Bildirilib ki, Ukrayna prezidenti Vladimir Zelenski və Fransa, Almaniya, İngiltərə və Polşa liderləri ən azı 30 günlük atəşkəsə hazırdırlar.
Elchi.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sybiha öz Telegram kanalında Ukrayna prezidenti Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşanın baş naziri Donald Tusk və Böyük Britaniyanın baş naziri Key Starmerin paytaxt Kiyevdə görüşdüyünü bildirib.
Görüşdən sonra Zelenski və Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla birgə telefon danışığı olub, Sybiha deyib ki, görüş zamanı Ukraynada sülhün bərqərar olması şərtləri müzakirə olunub.
“Ukrayna və bütün müttəfiqlər bazar ertəsindən başlayaraq ən azı 30 gün quruda, havada və dənizdə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır”, – Sybiha deyib.
Şayəstə Hüseynova