image-sahbaz-serifbackend

Pakistan: Hindistan əsassız ittihamlar irəli sürür

Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, Hindistan heç bir dəlil olmadan Pahalqam rayonunda törədilən terror aktının məsuliyyətini Pakistanın üzərinə qoyur.
Elchi.az xəbər verir ki, Hindistanın “Sindoor əməliyyatı” ndan sonra parlamentə müraciət edən Pakistanın baş naziri Şahbaz Şərif ordunun raket hücumlarına “uyğun” cavab verdiyini deyib.
Hindistanın dünən təxminən 80 döyüş təyyarəsi ilə ölkənin müxtəlif bölgələrini hədəf aldığını qeyd edən Şərif, “düşmən qaranlıqda gizlənərək hücuma keçdiyini” vurğulayıb.
Şərif bildirib ki, Hindistan heç bir dəlil olmadan Pahalqam terror aktının məsuliyyətini tamamilə Pakistanın üzərinə qoyur.
Pakistanda Bəlucistan Qurtuluş Ordusunun (BLA) üzərinə götürdüyü və 31 nəfərin həyatını itirdiyi bir qatara silahlı hücumun arxasında duranların Hindistanla əlaqəsi olduğunu iddia edən Şərif, bu mövzuda əlində dəlil olduğunu bildirib.
Şərif həmçinin bildirib ki, silahlı qüvvələr Hindistanın planları ilə bağlı qabaqcadan kəşfiyyat məlumatı alıb və “Rafale təyyarəsi də daxil olmaqla düşmənin beş təyyarəsini və iki pilotsuz təyyarəni” vurduqları barədə məlumat paylaşıb.
Baş nazir Pahalqamdakı terror aktı ilə bağlı “şəffaf” beynəlxalq araşdırmaya çağırıb.
Hindistanın Pakistana hücumu
Hindistan aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə mayın 6-da raket zərbələri endirib.
Hindistan ordusu “terror strukturları” olaraq xarakterizə etdiyi 9 hədəfi vurduğunu açıqlasa da, İslamabad rəhbərliyi hücumlarda 6 mülki məntəqənin hədəf alındığını və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.
Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsini vurduğunu açıqlasa da, Yeni Dehli administrasiyası bunu təsdiqləməyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki