image-rusya-kuzey-kore-reu-2354992_1backend

Rusiya Şimali Koreya ilə magistral körpünün tikintisinə başlayır

Rusiya ilə Şimali Koreya arasında Tumen çayı üzərində avtomobil körpüsünün tikintisinə başlanılıb.
Rusiyanın baş naziri Mixail Mişustin Şimali Koreya ilə Rusiya arasında avtomobil yolu körpüsünün tikintisinə başlanılması mərasimində çıxış edib.
Elchi.az xəbər verir ki, Mişustin bildirib ki, Rusiya və Şimali Koreya strateji tərəfdaşlıq əlaqələrini gücləndirmək səyləri çərçivəsində Tümen çayı üzərində avtomobil körpüsünün tikintisinə başlayıb.
Mişustin körpünün Rusiya-Şimali Koreya əlaqələrində mühüm mərhələ olduğunu qeyd edərək, “Onun əhəmiyyəti yalnız mühəndislikdən çox-çox kənara çıxır. Bu, dostluq, mehriban qonşuluq münasibətlərini gücləndirmək və regionlararası əməkdaşlığı artırmaq üçün ümumi istəyimizi simvollaşdırır” deyib.
Mişustin deyib: “Biz ölkələrimiz arasında daha sıx əməkdaşlıq üçün etibarlı zəmin yaradır, açıq və məhsuldar dialoq üçün yol yaradır, xalqlarımızı yaxınlaşdırır, səfərlərin və görüşlərin sayını artırır, bir-birimizin tarixini və ənənələrini araşdırırıq”.
Mişustin həmçinin bildirib ki, nəqliyyat xərcləri azalacaq, müxtəlif məhsulların etibarlı və dayanıqlı tədarükü təmin olunacaq və bu, ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Rusiya mətbuatı körpünün 2026-cı ilin yayında tamamlanacağını yazıb.İnşası Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfəri zamanı qərarlaşdırılan körpünün uzunluğu 850 metr olacaq və Rusiyanın avtomobil yolu sisteminə qoşulacaq.
Körpü 1959-cu ildə Koreya Müharibəsindən sonra istifadəyə verilmiş dəmir yolu körpüsü olan mövcud Dostluq Körpüsü yaxınlığında tikilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki