ABŞ-nin mədən sənayesinin Ukrayna ərazisində olması bu ölkənin təhlükəsizliyini təmin edəcək.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetin iclasında çıxışı zamanı bildirib.
“Bildiyiniz kimi, biz nadir torpaq metalları axtarırıq və bunları təhlükəsiz yerdə hasil etməyə icazə verən müqavilə bağlamışıq. ABŞ-nin iştirakı bir çox aktorları ölkədən kənarda saxlayacaq, ərazidə qazma işləri apardıqda, onlar buna hörmət edəcəklər”, – ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
Bundan əvvəl Bessent bəyan edib ki, Vaşinqton Ukraynanın resursları ilə bağlı saziş imzalamağa hazırdır, lakin Kiyev ona yeni dəyişikliklər etməyə çalışır.
Xatırladaq ki, aprelin 17-də Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə gələcək saziş çərçivəsində tərəflərin investisiya fondu yaratmaq niyyətini əks etdirən memorandum imzalayıblar.