Hindistan hökuməti Cammu və Kəşmirin Pahalqam rayonunda baş verən terror aktından sonra kəşfiyyat agentliyinin keçmiş rəhbərini Milli Təhlükəsizlik Məsləhət Şurasının (NSAB) rəhbəri təyin edib.
Elchi.az xəbər verir ki, Hindustan Times-ın məlumatına görə, Cammu və Kəşmirdə baş verən terror aktından sonra Pakistan və Hindistan arasında gərginlik davam etdiyi üçün Yeni Dehli hökuməti Milli Təhlükəsizlik Məsləhət Şurasının rəhbərliyində dəyişikliklər edib.
Hindistanın Xarici Kəşfiyyat Agentliyinin Tədqiqat və Təhlil Qanadının keçmiş rəhbəri Alok Coşi Milli Təhlükəsizlik Məsləhət Şurasının rəhbəri təyin edilib.
Coşi ilə yanaşı, silahlı qüvvələrin daha yeddi üzvü də Şuraya təyin edilib.
Pahalqamda terror aktı
Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun səbəbkarlarını “Pakistandan gəldi” ittiham edən Hindistan, “Hind Suları Müqaviləsi”ni dayandırıb, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan ittihamları rədd etdi və Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırdı, “Hind Suları Müqaviləsi”ndən kənar çaylara hər hansı müdaxilənin “müharibə aktı” sayılacağını bəyan etdi, Hindistanla bütün ticarəti dayandırdı və hava məkanını bağladı.
Nuranə Məmmədova