image-bez-nazvaniya-8backend

Estoniya Ukraynaya 150 nəfərlik hərbi heyət göndərməyə hazır olduğunu açıqlayıb

“Ukraynaya dəstək məqsədilə hərbi təlimatçılardan və qərargah zabitlərindən ibarət 150 nəfərlik heyət göndərməyə hazırıq”.

Elchi.az xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Baş naziri Kristen Mixal verib.O, ölkəsinin Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi və hazırda formalaşmaqda olan arzuedənlər koalisiyasının tərkibindəki missiyada iştirak etmək niyyətində olduğunu da bildirib.

K. Mixal söyləyib ki, müvafiq qərar layihəsi təsdiqlənməsi üçün Parlamentə təqdim olunacaq.

Estoniyanın hökumət başçısı Ukraynanın təhlükəsizliyinə təminat verilməsi yolunun NATO-ya üzvlükdən keçdiyini də sözlərinə əlavə edib:

“Şimali Atlantika Alyansına üzvlük məsələsində ləngimələr olsa Ukraynanın təhlükəsizliyi müttəfiqlərdən təşkil olunacaq hərbi qüvvələr tərəfindən təmin edilməlidir. Çünki burada söhbət həm də Avropanın təhlükəsizliyindən gedir. Avropa ailəsinə mənsub olan müstəqil və suveren Ukrayna Moskvanın imperializmi ilə mübarizə məsələsində ən uğurlu strateji zəmanətdir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki