ABŞ-ın qəhvə şəbəkəsi Starbucks-ın qlobal satışları yanvar-mart ayları arasında yüzdə 1 azalıb.
Elchi.az xəbər verir ki, maliyyə təqvimində 30 Martda bitən üç aylıq dövrü 2025-ci maliyyə ilinin ikinci rübü olaraq qəbul edən qəhvə zənciri Starbucks, balans hesabatını açıqladı.
Buna görə, Starbucks’ın qlobal müqayisəli mağaza satışları dövrdə yüzdə 1 azaldı.
Şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerikada 1 faiz, ABŞ-da isə 2 faiz azalıb.
Starbucks-ın beynəlxalq müqayisə oluna bilən mağaza satışları 2 faiz artıb, Çindəki satışlar isə sabit olub.
Martın 30-da başa çatan üç ayda qəhvə şəbəkəsinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 8,76 milyard dollara çatıb.
Həmin dövrdə şirkətin mənfəəti 50,3 faiz azalaraq 384,2 milyon dollar olub.
Qəhvə zəncirinin səhm başına qazancı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalaraq 34 sentə düşüb.
Starbucks-ın gəliri və qazancı bu dövrdə bazarın gözləntilərinin altında qaldı.
İsrailin Qəzzaya hücumları ilə bağlı etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan Starbucks, qlobal satışlarının ardıcıl beşinci rübdə azaldığını bildirib.
Qəhvə zənciri 2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu qismən Yaxın Şərqdəki mağazalardakı mənfi satışlara görə aşağı salmışdı.
Ötən ilin yanvar-mart dövründə şirkətin gəliri 2 faiz, qlobal satışları isə 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalıb. Starbucks, qlobal satışlarının keçən ilin aprel-iyun dövründə 3 faiz, iyul-sentyabr dövründə yüzdə 7, oktyabr-dekabr dövründə isə 4 faiz azaldığını bildirdi.
Şayəstə Hüseynova