Kolumbiya prezidenti Qustavo Petro son iki həftədə cinayət təşkilatı Clan del Golfo-ya qarşı əməliyyatlar zamanı baş verən qarşıdurmalarda 15 polis və 12 əsgərin öldürüldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Petro X sosial media platformasındakı hesabından verdiyi açıqlamada keçmiş paramiliter ünsürlərdən ibarət Clan del Golfoya qarşı əməliyyatlar haqqında məlumat verib.
Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatlar həyata keçirdiyini vurğulayan Petro, qarşıdurmalarda 15 polis və 12 əsgərin həyatını itirdiyini bildirib.
Həyatını itirən təhlükəsizlik işçilərinin adlarını paylaşan Petro bunları deyib:
“Onlar sistematik olaraq xalqın övladlarını qətlə yetirirlər. Biz geri çəkilməyəcəyik, cinayətkar təşkilata qarşı əməliyyatlarımızı artıracağıq. Onların çıxış yolu yoxdur: ya qanunsuz fəaliyyətlərindən əl çəkib, qanun və demokratiya çərçivəsində regionların çiçəklənməsinə töhfə verəcəklər, ya da Qlobal ittifaq yaradılacaq.
CLAN DEL GOLFO
Kolumbiyalı Qaytanist Özünümüdafiəçiləri (AGC) kimi də tanınan təşkilatın lideri, narkotik alverçilərindən biri olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa 24 oktyabr 2021-ci ildə hərbçilərlə polisin birgə keçirdiyi əməliyyat nəticəsində yaxalanıb.
2006-cı ildə ölkənin bəzi ifrat sağçı paramilitar qruplarının silahlarını yerə qoymasından sonra yaranan Clan del Golfo-nun hazırda 1000-dən çox üzvü olduğu təxmin edilir.
Şayəstə Hüseynova