Hindistanın Baş naziri Narendra Modi mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
Elchi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Hindistan tədbirlərdə fərqli səviyyədə təmsil olunacaq.
Qeyd edək ki, Cammu və Kəşmir bölgəsində 22 apreldə turistlərə atəş açılmasından sonra Pakistan və Hindistan arasında gərginlik yaşanır.