image-cinde-son-bin-yilin-felaketi-pes-pese-patlama-meydana-geldi-olu-ve-yaralilar-var-17460180689284_1backend

Çində son min ilin fəlakəti! Bir-birinin ardınca partlayışlar…

Ardıcıl partlayışlar və yanğınlarla sarsılan Çində növbəti dəfə can itkisi baş verib. Şansi əyalətində yaşayış kompleksində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 21 nəfər yaralanıb, iki nəfər hələ də itkin düşüb.
Elchi.az xəbər verir ki, Çinin şimalındakı Şansi əyalətində yaşayış kompleksində güclü partlayış ölkəni silkələyib.
Partlayış paytaxt Pekindən təxminən 500 kilometr aralıda yerləşən Tayyuan şəhərində yaşayış kompleksində baş verib.
Çinin dövlət televiziyası CCTV-nin məlumatına görə, altı nəfər ağır yaralanıb. Ərazidə hələ də itkin düşmüş iki nəfərin axtarışları davam edir.
Qruplar cəld hadisə yerinə gəlib və xilasetmə işləri üçün xüsusi komanda mərkəzi yaradıblar. Yaralılar ətraf xəstəxanalara çatdırılarkən, ərazidə yaşayan insanların da təxliyyəsinə başlanılıb.
Partlayış xəbəri Çinin şimal-şərqindəki Liaonin əyalətində restoranda baş verən yanğından sonra gəlib. Çərşənbə axşamı günü baş verən hadisədə 22 nəfər həyatını itirib, üç nəfər yaralanıb.
Bu ay Çinin müxtəlif bölgələrində baş verən oxşar hadisələr, məsələn, Hıbeydəki qocalar evində yanğın (20 ölü), Zhangjiakoudakı tərəvəz bazarında yanğın (8 ölü, 15 yaralı) və Rongchengdəki tikinti sahəsində yanğın (9 ölü) ciddi ictimai etirazlara səbəb oldu.
Son zamanlar Çində belə faciələrin ardıcıl olaraq baş verməsi ölkənin fövqəladə halların idarə edilməsi və təhlükəsizlik tədbirlərini bir daha gündəmə gətirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki