Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Novoye qəsəbəsini ələ keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Donbasda mühüm məntəqələrin nəzarətə götürüldüyü vurğulanan bəyanatda deyilir: “Qərb hərbi birləşmələrinin aktiv hücum hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Novoye qəsəbəsi azad edilib”.
Bəyanatda Rusiya ordusunun Ukraynanın hərbi sənaye müəssisələri və sursat anbarlarına zərbələr endirdiyi, Ukrayna əsgərlərinin və xarici muzdluların müvəqqəti yerləşdiyi 156 ərazinin də atəşə tutulduğu bildirilib.
Nuranə Məmmədova