image-thumbs-b-c-cc06e13c72fe58524b7050e9106db49f-1backend

Rusiya: Biz Donetskdə Boqdanovka qəsəbəsini ələ keçirmişik

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Boqdanovka qəsəbəsini ələ keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukrayna cəbhəsində irəlilədiyi bildirilən bəyanatda deyilir: “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Boqdanovka qəsəbəsi azad edilib.
Açıqlamada Ukraynaya məxsus 87 PUA-nın Moskva, Belqorod, Kursk, Voronej, Bryansk, Lipetsk, Nijni Novqorod vilayətləri və ilhaq edilmiş Krım üzərindən vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində Tarasovka qəsəbəsinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki