İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 15-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.
Elchi.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 9 daşınar və daşınmaz əmlak çıxarılacaq. Bunlar, 2 torpaq sahəsi, 3 avadanlıq və 4 nəqliyyat vasitəsidir.
Əmlakların start qiyməti 3 600 – 14 100 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər mayın 9-na qədər qəbul olunacaq.