image-68108522a563968108522a563a174591312268108522a563768108522a5638backend

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava nəqliyyatı əlaqələri müzakirə edilib

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Elchi.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev “Facebook” səhifəsində paylaşım edib.

“Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirdik. Görüşdə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi və hava nəqliyyatı əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik”, – paylaşımda qeyd olunur.

Samir Rzayev onu da qeyd edib ki, ötən il iki ölkə arasında sərnişin axının yüksək olması turizm əlaqələrinin gücləndiyini və dostluq münasibətlərinin möhkəmləndiyini təsdiqləyir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki