Azərbaycanda yeni voleybol komandasının yaranması sevindirici haldır.
Elchi.az xəbər verir ki, bunu yeni yaranan “DH Volley Baku”nun kapitanı Aynur İmanova klubun təqdimat mərasimində bildirib.
O, yerli voleybolçulara şans verilməsini yaxşı hal sayıb:
“Yerlilərə şans verdiklərinə görə təşəkkür edirəm. Çox yaxşı haldır ki voleybolçuları sentyabrda deyil, indidən cəlb edirlər”.