image-3932a3d2-4074-3ce3-884a-be075deb4758_850backend

Varşava yaxınlığında ukraynalıları daşıyan avtobus aşıb, çoxlu sayda yaralı var

Varşavanın Frederik Şopen adına hava limanı yaxınlığında iki ağır qəza baş verib.

Elchi.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “RMF24”ə istinadən bildirib.

Məlumatda bildirilir ki, qəzalardan birində ukraynalıların olduğu avtobus aşıb.

Ümumilikdə 16 nəfər, o cümlədən bir uşaq xəstəxanaya yerləşdirilib. Hazırda iki nəfərin ağır yaralandığı məlumdur.

İkinci qəza isə xilasedicilər gəldikdən sonra baş verib – yük maşınının yanğınsöndürmə briqadasının avtomobilinə çırpılması nəticəsində hər iki sürücü xəsarət alıb.

Qeyd edək ki, nəşrin yazdığına görə, əvvəlcə aralarında Ukrayna və Belarus vətəndaşlarının da olduğu 26 nəfəri daşıyan şəhərlərarası avtobus aşıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki