Pakistan ordusu Hindistana məxsus pilotsuz uçuş aparatını (PUA) Cammu və Kəşmir sərhədi yaxınlığında hava məkanını pozduğu üçün vurduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, Pakistan dövlət televiziyasının (PTV) verdiyi xəbərə görə, Hindistana məxsus pilotsuz uçan aparat iki ölkə arasında Cammu və Kəşmirdə Nəzarət Xəttində Pakistanın hava məkanını pozub. Pakistan ordusu Hindistanın pilotsuz təyyarəsini vurub.
Düşən PUA-nın görüntüləri sosial media hesablarında paylaşılıb.
Digər tərəfdən, Hindistan Pakistan ordusunun bəyanatını hələ də dəyərləndirməyib.
Pahalqamda terror aktı
Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hücumun səbəbkarlarını “Pakistandan gəldi” ittiham edən Hindistan, “Hind Suları Müqaviləsi”ni dayandırıb, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir həftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəllər verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.
Pakistan ittihamları rədd etdi və Hindistanın İslamabaddakı diplomatik işçilərinin sayını məhdudlaşdırdı, “Hind Suları Müqaviləsi”ndən kənar çaylara hər hansı müdaxilənin “müharibə aktı” sayılacağını bəyan etdi, Hindistanla bütün ticarəti dayandırdı və hava məkanını bağladı.
Nuranə Məmmədova