image-3ce42dc8-7413-4f12-80c0-55543bc0ab8bbackend

Ağ şərab qırmızı şərabdan daha xeyirlidir – ARAŞDIRMA

Toronto Universitetinin alimləri yeni araşdırmaları ilə sübut ediblər ki, ağ şərab qırmızı şərabdan daha xeyirlidir. Tədqiqatçılar Böyük Britaniyada 500 mindən çox orta yaşlı və yaşlı insanın sağlamlıq məlumatlarını araşdırıblar. Onlardan 3147 nəfər təxminən 14 il davam edən təqib dövründə ürək dayanması səbəbindən vəfat edib.

Elchi.az xarici mediaya istinadən bildirir ki, tədqiqat zamanı 56 risk faktoru müəyyən edilib.

Bunlara həyat tərzi və sosial-iqtisadi vəziyyət daxildir. Alimlər müəyyən ediblər ki, daha çox şampan və ya ağ şərab içmək, daha çox meyvə yemək, pozitiv əhval-ruhiyyə saxlamaq, sağlam çəki saxlamaq və qan təzyiqinə nəzarət etmək ürək sağlamlığı üçün faydalıdır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki