image-vesiqe-1backend

Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM XƏBƏR

Bu ilin birinci rübündə Gürcüstanda 6 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rüblük hesabatında bildirilib.

Tbilisi və Kvemo Kartlidə qeydiyyatda olan həmin şəxslərin 4-ü kişi, 2-si isə qadındır. Qonşu ölkədə sürücülük vəsiqəsi əldə etmiş Azərbaycan vətəndaşları 17-29 yaş arasında olan gənclərdir.

Yanvar-martda qonşu ölkədə ümumilikdə 6 148 nəfər sürücülük vəsiqəsi alıb ki, onların da 81-i xarici ölkə vətəndaşıdır. Əcnəbilər arasında ən çox sürücülük vəsiqəsi verilənlər arasında ilk üçlükdə Rusiya (34 nəfər), Belarus (13 nəfər) və Hindistan (9 nəfər) vətəndaşları yer alıblar.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki