image-36d0cd44-3413-47c0-8752-db19dbaf57c5-2backend

Bu test xərçəngi aşkar edir

Böyük Britaniya Milli Səhiyyə Xidməti xərçəngi erkən aşkarlaya bilən qan testini sınaqdan keçirməyə hazır olduğunu açıqlayıb. Xərçəngin aşkarlanmasında və bədəndəki yerini müəyyən etməkdə testin 99 faiz dəqiqliyə çatdığı bildirilib.

Elchi.az xarici mediaya istinadla bildirir ki, təxminən 8 min xəstə üzərində aparılan klinik sınaqda ‘miONCO-Dx’ adlı test çərçivəsində şişlərdən qana qarışan kiçik genetik material parçaları araşdırılacaq.

Bu günə qədər 20 min insan üzərində aparılan sınaqlarda xərçəngin aşkarlanması və bədəndəki yerini təyin etmək üçün test 99 faiz dəqiqliyə çatıb.

Cəmi 10 damcı qandan istifadə edilən test ağciyər, mədə, prostat, yemək borusu, qaraciyər, sidik kisəsi, yumurtalıq, bağırsaq, mədəaltı vəzi və döş xərçəngi kimi 12 ümumi xərçəng növünü, həmçinin sümük və yumşaq toxumaların sarkomalarını və bəzi beyin şişlərini aşkar edə bilir.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki