image-thumbs-b-c-b8c907da8a5eba3cfcb5f2bd5a2449a6-1backend

Qəzzada ölənlərin sayı 52 365 nəfərə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 52 min 365 nəfərə yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi tərəfindən Qəzzada edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatlar paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 52 nəfər ölüb, 113 nəfər yaralanıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2273 fələstinlinin həyatını itirdiyi, 5864 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 52 min 365 nəfərə, yaralı sayının isə 117 min 905 nəfərə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki