İspaniyada dünəndən bəri davam edən elektrik enerjisinin kəsilməsinin demək olar ki, tamamilə aradan qaldırıldığı bildirilib.
Elchi.az xəbər verir ki, İspaniyanın elektrik şirkəti Red Electrica tərəfindən edilən açıqlamada, bütün transformator mərkəzlərinin işlək vəziyyətdə olduğu və təmir işlərinin davam etdiyi bildirilib.
Açıqlamada İspaniyanın elektrik ehtiyacının yüzdə 99,16-nın qarşılandığı, istehsalın 21 min 265 meqavat olduğu vurğulanıb.
Ölkədəki dəmir yolu əməliyyat şirkətləri tərəfindən edilən açıqlamada, şəhərətrafı qatarların yüzdə 50 ilə 60 arasında sıxlıqda işləməyə davam edəcəyi qeyd edildi.
İspaniyanın EFE xəbər agentliyi elektrik enerjisinin kəsilməsi nəticəsində zərər çəkmiş 126 qatardan 123-də sərnişinlərin təxliyyəsinin tamamlandığını bildirib.
Madrid metrosu da müxtəlif xətlərdə fəaliyyətini bərpa edib.
İspaniya Nəqliyyat Naziri Oscar Puente, fasilələr və başlayacaq ticarət qatar xidmətləri haqqında məlumat verdi və bəzi əlaqələr istisna olmaqla yüksək sürətli qatarların da fəaliyyət göstərəcəyini açıqladı.
Portuqaliya 6,2 milyon insanı elektrik enerjisi ilə təmin edir
Portuqaliyanın Lusa xəbər agentliyinə görə, elektrik şirkəti E-Redes, gecə yarısından etibarən 424 transformator stansiyasının qismən işlək olduğunu açıqladı.
Şirkət ölkədə 6,2 milyon abonentə elektrik enerjisi xidmətinin göstərildiyini açıqlayıb və normal vəziyyətə nə vaxt qayıdacağının dəqiq olmadığını bildirib.
Dünən İspaniya və Portuqaliyada elektrik enerjisinin verilişində geniş miqyaslı kəsintilər baş verib, həyatı dayanıb.
Şayəstə Hüseynova