image-samda-durziler-ile-guvenlik-gucleri-arasinda-catisma-olu-ve-yaralilar-var-60z0backend

Dürzilərlə təhlükəsizlik qüvvələri arasında Dəməşqdə qarşıdurma: Ölənlər və yaralananlar var

Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Jaramane məhəlləsində Suriya hökumətinin təhlükəsizlik qüvvələri ilə druz icmasına bağlı hərbi qruplar arasında qarşıdurma baş verib.
Elchi.az xəbər verir ki, Paytaxt Dəməşqin mərkəzindən təxminən 8 kilometr aralıda, əsasən druzların məskunlaşdığı Jaramane məhəlləsində druz qrupları Suriya hökumətinin təhlükəsizlik qüvvələrini ağır silahlardan atəşə tutub.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, səhər saatlarında baş verən silahlı qarşıdurmada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Suriya hökumətinin təhlükəsizlik qüvvələri məhəlləyə hərbi gücləndirici qüvvələr təqdim edərək təhlükəsizlik tədbirlərini artırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki