image-2c3a82e3-e1b7-44b0-9b8a-8496d5fab97f_16x9_1200x676backend

Çin Rusiyanın atəşkəs təşəbbüsünü dəstəklədi

Çin Rusiyanın Ukraynada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə təklif etdiyi atəşkəs təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Elchi.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin sülhün bərqərar olması üçün göstərilən bütün səyləri dəstəkləyir. Ümid edirik ki, tərəflər dialoq və danışıqlar yolu ilə böhranı həll etmək üçün çalışmaqda davam edəcəklər”,- məlumatda deyilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki