image-rrrbackend

Peskov: Fransada Ukraynayla bağlı danışıqlara hazır olduğumuz barədə bəyanatları eşitmirlər

Kreml Fransa prezidenti Emmanuel Makronun növbəti səkkiz-on gün ərzində Rusiyaya təzyiqləri artırmaq zərurəti barədə bəyanatları ilə əlaqədar təəccübünü ifadə edib.

Elchi.az -ın  “İnterfaks”a istinadən məlumatına görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O qeyd edir ki, Ukrayna tərəfi hələ də buna reaksiya verməyib.

“Hər hansı təzyiqin gücləndirilməsi zərurəti barədə danışmaq – təəssüf ki, Avropa paytaxtlarında müharibə xəttinin davam etdirilməsinə istiqamətlənməyi üstün tutduqlarını təsdiqləyir, biz isə hələ də prosesi sülh nizamlanması məcrasına çıxarmaq üçün səylərin davam etdirilməsinə istiqamətlənirik”, – deyə Peskov deyib.

“Elə təəssürat yaranır ki, Fransada Putin prezidentin dəfələrlə təkrarladığı, Rusiyanın heç bir ilkin şərt olmadan danışıqlar prosesinə başlamağa hazır olduğu barədə bəyanatlarını eşitməyə əziyyət çəkmirlər”, – deyə o bildirib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki