Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətindəki Doroşevka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlik Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlama verib.
Donbasda bəzi mühüm yerlərin ələ keçirildiyi vurğulanan bəyanatda “Qərb hərbi birləşmələrinin effektiv hərəkətləri nəticəsində Xarkov vilayətindəki Doroşevka qəsəbəsi azad edilib”. ifadələrdən istifadə edilmişdir.
Bəyanatda Rusiya ordusunun Ukraynadakı hərbi hava limanları infrastrukturuna, Ukrayna Dövlət Sərhəd Xidmətinin təlim mərkəzinə, pilotsuz uçuş aparatlarının buraxılış bazalarına və sursat anbarlarına zərbələr endirdiyi, Ukrayna silahlı qüvvələrinin və xarici muzdluların 152 bölgədə müvəqqəti yerləşdirmə məntəqələrinin məhv edildiyi qeyd edilib.
Dünən Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kamenka qəsəbəsini ələ keçirdiklərini açıqlayıb.
Nuranə Məmmədova