Yeni Zelandiya sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin episentri təxminən 57 min əhalisi olan İnverkarqill şəhərindən 301 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.