BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni hesabatında qeyd olunub ki, 2014-cü ildən bəri 52 mindən çox miqrant həlak olub. Bu, dünya üzrə qeydə alınan bütün miqrant ölümlərinin demək olar ki, dörddə üçüdür (72%).
Elchi.az xəbər verir ki, 2014-cü ildən bəri bildirilən bütün miqrant ölümlərinin yarısından çoxu (54%) münaqişə və ya təbii fəlakətlərdən təsirlənən ölkələrdə və ya yaxın ölkələrdə baş verib.
Məsələn, Əfqanıstanda 5000-dən çox insan tranzit zamanı həlak olub, o cümlədən 2021-ci ildəki siyasi çevrilişdən sonra ölkədən qaçan minlərlə insan həyatını itirib.
Myanmadan olan 3100-dən çox miqrantlar gəmi qəzalarında həlak olub. Mərkəzi Aralıq dənizi dünyanın ən ölümcül miqrasiya marşrutu olaraq qalır və təxminən 25 min insan dənizdə ölür.
Yeganə