image-a-a-20250428-37782335-37782322-i-s-p-a-n-y-a-d-a-m-i-l-y-o-n-l-a-r-c-a-k-i-s-i-y-i-e-t-k-i-l-e-y-e-n-g-e-n-i-s-c-a-p-l-i-e-l-e-k-t-r-i-k-k-e-s-i-n-t-i-s-i-y-a-s-a-n-i-y-o-rbackend

İspaniyada elektrik enerjisinin kəsilməsinin səbəbi bəlli deyil

Fransanın elektrik ötürücü şəbəkəsi (RTE), İspaniya və Portuqaliya elektrik kəsilməsinin səbəbinin hələ müəyyən edilmədiyini bildirib.
Elchi.az xəbər verir ki, RTE tərəfindən edilən yazılı açıqlamada ötən gün sərhəddən keçən xətlərlə İspaniyaya 2000 meqavata qədər elektrik ixrac edildiyi , lakin İspaniya və Portuqaliyanı təsir edən elektrik kəsilməsinin səbəbinin hələ müəyyən edilmədiyi qeyd edilib.
Açıqlamada dünən saat 12.38-13.30 arasında Pireney yarımadasının elektrik şəbəkəsinin Avropa elektrik şəbəkəsindən avtomatik olaraq ayrıldığı və bu saatdan etibarən Kataloniyanın Fransa və İspaniya bölgələri arasında 400 kilovoltluq elektrik xəttinin yenidən işə salındığı bildirilib.
Həmçinin bildirilib ki, İspaniyada baş verən kəsinti zamanı Fransanın cənub-qərbində bəzi ev təsərrüfatlarında bir neçə dəqiqəlik elektrik enerjisi kəsilib, lakin elektrik enerjisinin verilməsi tez bir zamanda bərpa edilib.
Digər tərəfdən, hadisənin necə inkişaf etdiyi ilə bağlı araşdırmaların davam etdiyi və İspaniyanın bir neçə saniyə ərzində 15 gigavat elektrik enerjisi itirdiyi bildirildi.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki