image-312945-1backend

Saakyan: Köçəryanın Rusiyadan aldığı silahlar müharibədə işləmədi

Əgər Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dediyi kimi, Rusiyadan alınmış 1970-80-ci illərə aid silahlar “yaxşı” idisə, niyə Azərbaycanla müharibədə işləmədi?

Elchi.az Teleqraf – a xəbər verir ki, bu barədə Ermənistanın “Respublika” Partiyasının sədr müavini Hayk Saakyan bildirib.

“Köçəryanı dinləyirəm və heyrətlənirəm, silah-sursatdan danışır, Ermənistanın Hindistandan (yararsız) silah almasından necə üzüldüyünü söyləyir. Deyir ki, “ən yaxşı silahlar” 70-80-ci illərə aid silahlardır. Baxın, indi Ukraynada o silahların başına hansı oyunu açırlar. Rusiyanın hava hücumundan müdafiə sistemləri necə raketlər atır? Baxın.

Əgər 70-80-ci illərin silahları bu qədər “yaxşı” idisə, niyə burada işləmədi? Ən yaxşı halda o silahlar yararsızdır, ən pis halda Rusiya (Ermənistanın) hava hücumundan müdafiə sistemini sıradan çıxarıb”, – siyasətçi qeyd edib.

Saakyan bildirib ki, Köçəryan prezident olarkən, borc müqabilində Ermənistanın mülklərini Rusiyaya verib.

Xatırladaq ki, Robert Köçəryan bundan əvvəl hakimiyyətdə olduğu dönəmdə onun rəhbərliyi ilə “döyüşkən ordu” qurulduğunu, Rusiyadan “yaxşı silahlar” alındığını iddia edib. O, Nikol Paşinyan hökumətini ordunu dağıtmaqda, Hindistan və Fransadan yararsız silahlar almaqda günahlandırıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki