image-quterres1711646298backend

Quterreşdən Hindistan və Pakistan liderlərinə ÇAĞIRIŞ

BMT Baş katibi Antonio Quterreş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı aparıb.

Elchi.az Report-a istinadla xəbər verir ki, danışıqlar Hindistan və Pakistan arasında artan gərginliyin qarşısının alınması məqsədilə aparılıb.

Baş katib söhbət zamanı aprelin 22-də Cammu və Kəşmirdə baş vermiş terror hücumunu qətiyyətlə pislədiyini bir daha vurğulayıb.

O, hücumlara görə ədalətin və hesabatlılığın hüquqi yolla təmin edilməsinin vacibliyini önə çəkib.

Baş katib Hindistan və Pakistan arasında artan gərginlikdən dərin narahatlığını ifadə edərək, faciəli nəticələrə səbəb ola biləcək qarşıdurmadan çəkinməyə çağırıb. O, gərginliyin azaldılması səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki