Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma, “Qəzzanın blokadası uşaqların və qocaların səssiz qatilidir”, – deyib.
Elchi.az xəbər verir ki, Touma öz qiymətləndirmələrini BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılaraq edib.
Qəzzadakı ailələrin qidaya çatmaqda çətinlik çəkdiyinə diqqət çəkən Touma, yardımlarla dolu 5 mindən çox yük maşınının Qəzzaya girmək üçün gözlədiyini, lakin qarşısının alındığını bildirib.
Touma, İsrailin qərarının humanitar yardım səylərini pozduğunu və bu vəziyyətin Qəzzada hər gün sıx bombardmana məruz qalan mülki insanların həyatını və sağ qalmasını təhdid etdiyini vurğulayıb.
“Qəzza zolağının cənubundakı Rəfah şəhəri sökülmə nəticəsində tamamilə dağıdılıb. Rəfahin 97 faizi məcburi köçkün əmrlərinin təsirinə məruz qalıb. Təxminən bir il əvvəl İsrail ordusu Rəfaha daxil olub, 1,4 milyon insanı köçkün vəziyyətinə salıb və evlərini, səhiyyə ocaqlarını və sığınacaqlarını zədələnmiş və ya dağıdıb”, – Touma deyib.
Qəzzada əhalinin 90 faizindən çoxunun didərgin düşdüyünə diqqət çəkən Touma, Qəzzada bəzi insanların təxminən 13 dəfə köçkünə çevrildiyini qeyd edib.
Nuranə Məmmədova