image-06f82bc7-8201-38a5-baef-018727e53fc9_850backend

Macarıstan parlamenti BCM-dən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib

Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.

Elchi.az -ın TASS-a istinadən verdiyi məlumata görə, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.

Bu sənədi parlamentdə təqdim edərkən, Macarıstan XİN başçısı Peter Siyyarto bildirdi ki, son illərdə BCM güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.

“Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur”, – nazir bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki