image-c75d5e27-6cbd-3f4f-a9c3-3e170d123bd9_850backend

IMF Azərbaycanın dövlət borcuna dair proqnozunu 2031-ci ilə qədər yeniləyib

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın ümumi dövlət və dövlət zəmanətli borcu daha əvvəl proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 28 %-nə qarşı 27,6 % təşkil edəcək.

Elchi.az IMF-ə istinadən xəbər verir ki, bu göstəricinin ortamüddətli perspektivdə sabit qalacağı gözlənilir.

Proqnoza əsasən, 2026-cı ildə dövlət borcunun ÜDM-dəki payı 28,6 %-ə (əvvəlki proqnoz – 28,9 %), 2027-ci ildə 28,9 %-ə (əvvəlki proqnoz – 29 %), 2028-ci ildə 29,1 %-ə (dəyişməyib), 2029-cu ildə 29,6 %-ə (əvvəlki proqnoz – 29,3 %), 2030-cu ildə isə 29,4 %-ə (daha əvvəl proqnozlaşdırılmayıb) çatacaq.

Dövlət zəmanətləri nəzərə alınmadan yalnız dövlət borcuna nəzər salsaq, onun ÜDM-dəki payı proqnoz dövründə də sabit qalaraq 2025-ci ildə ÜDM-in 21 %-nə (əvvəlki proqnoz – 21,4 %), 2026-cı ildə ÜDM-in 22,2 %-nə (əvvəlki proqnoz – 22,4 %), 2027-ci ildə ÜDM-in 22,7 %-nə (dəyişməyib), 2028-ci ildə ÜDM-in 23,1 %-nə (dəyişməyib), 2029-cu ildə ÜDM-in 23,8 %-nə (əvvəlki proqnoz – 23,5 %), 2030-cu ildə isə dəyişməyərək ÜDM-in 23,8 %-nə (əvvəllər proqnozlaşdırılmayıb) bərabər olacaq.

IMF-nin məlumatına görə, 2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borc ÜDM-in 27,6 %-ni təşkil edib.

Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 29,004 milyard manata (ÜDM-in 22,2 %-i), 2026-cı ildə isə 32,7 milyard manata (proqnozlaşdırılan ÜDM-in 20,1 %-i) çatacaq.

Rəsmi statistikaya əsasən, 2025-ci il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26,628 milyard manat təşkil edib. Bunun 8,627 milyard manatı (5,075 milyard ABŞ dolları) və yaxud ÜDM-in 6,6 %-lik hissəsi xarici borcun, 18,001 milyard manatı və yaxud ÜDM-in 13,8 %-lik hissəsi isə daxili borcun payına düşür.

Xarici borcun ödəniş müddətlərinə görə strukturuna nəzər saldıqda, 49 %-nin növbəti 5 il ərzində, 44,2 %-nin 5 ildən 10 ilə qədər, 5,9 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.

Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarının, 27 %-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditorları Asiya İnkişaf Bankı (35,1 %), avroistiqraz sahibləri (27 %) və Dünya Bankıdır (15,8 %).

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki