image-ab626db0-8508-3efa-b9ca-07b25831b2f7_850backend

Səudiyyə Ərəbistanı Məkkəyə səfərlərlə bağlı məhdudiyyətlər tətbiq edib

Səudiyyə Ərəbistanı 29 aprel tarixindən etibarən həcc dövründə Məkkə və Mədinəyə səfərlər və xüsusi icazə olmadan səfər etmək cəhdləri ilə bağlı tədbirləri sərtləşdirir.

Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı dövlət qurumlarının məlumatına əsasən, qadağa ziyarətin sonuna – iyunun 10-na qədər davam edəcək və yalnız həcc vizası ilə getmək mümkün olacaq.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, icazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan bütün növ ziyarət vizası sahibləri 20 min rial (5,3 min ABŞ dolları) cərimə ediləcək.

Həcc ziyarəti etməyə çalışan qayda pozucularına (rezidentlər, viza müddəti bitmiş şəxslər) ayrıca cəza tətbiq ediləcək. Bu şəxslər deportasiya ediləcək və onların Krallığa on il müddətinə girişi qadağan ediləcək.
Turist vizası sahiblərinin Həcc, Məkkə və müqəddəs yerlərə icazəsiz daşınmasını təmin edən yerüstü nəqliyyat vasitələri məhkəmə vasitəsilə müsadirə ediləcək.

İcazəsiz Həcc ziyarəti edən və ya buna cəhd edən şəxslərə, həmçinin qeyd olunan müddət ərzində Məkkə şəhərinə və müqəddəs yerlərə daxil olmağa və ya orada qalmağa çalışan və ziyarət vizası ilə bağlı müraciət edən hər kəsə 100 min riala (təxminən 26 min ABŞ dolları) qədər cərimə tətbiq ediləcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki