image-4b6edb56-5302-3779-aac9-4b8d2750b875_850backend

Yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var, təkliflər hazırlanır

Yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var və bununla bağlı müvafiq təkliflər hazırlanır.

Elchi.az  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Nazirlik rəsmisi bildirib ki, rezidenturada qəbul yerlərinin sayının baza tibb təhsili alanların sayına bərabərləşdirilməsi üçün işlər görülür:

“Bütün baza tibb təhsili alan məzunlar rezidentura təhsili almalıdır, çünki bu, onların haqqıdır”.

T.Əhmədova eyni zamanda ailə həkimlərinin bölgələrdə işlə təmin edilməsi prosesinin yaxşılaşdırılması üçün təkliflər hazırlandığını da diqqətə çatdırıb:

“Bundan əlavə, yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var, müvafiq təkliflər hazırlanır”.

65 yaşı tamam olan tibb işçiləri ilə bağlanan əmək müqavilələrinin müddətinin uzadılması məsələsinə gəlincə, şöbə müdirinin müavini xatırladıb ki, qanunvericiliyə görə peşəkarlıq nəzərə alınmaqla xüsusilə kadr çatışmazlığı olan yerlərdə ehtiyac olduğu halda həmin şəxslərin müqavilələri 1 il müddətinə uzadılır.

O, həmçinin tibb işçilərinin sertifikasiya suallarının çətinlik dərəcəsinə görə orta səviyyədə olacağını deyib:

“Səhiyyə Nazirliyi kredit ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır. Tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artıra biləcəklər”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki