image-birlesmis-milletler-1600780_1backend

BMT terror qurbanlarına və onların ailələrinə dəstək üçün təşəbbüs irəli sürür

Birləşmiş Millətlər Təşkilatı (BMT) terror hücumlarından sağ çıxanlara və terror qurbanlarının yaxınlarına dəstək olmaq təşəbbüsü ilə çıxış edib.
Elchi.az xəbər verir ki, BMT-nin Terrorla Mübarizə İdarəsi (UNOCT) “Terror Qurbanları Assosiasiyaları Şəbəkəsi” təşəbbüsünün başladığını elan edib.
Təşəbbüs terrorizm qurbanlarının və sağ qalanların bir-birini dəstəkləyə, dayanıqlılıqlarını artıra və müdafiəçi, pedaqoq və sülh qurucuları kimi çıxış edə biləcəyi təhlükəsiz məkan təmin etmək məqsədi daşıyır.
BMT-nin Terrorla Mübarizə İdarəsinin baş katibinin müavini Vladimir Voronkov deyib: “Təsəvvür olunmayan şəxsi faciələr qarşısında bir çoxları öz sözünü deməyi və həmrəylik və tolerantlığın güclü tərəfdarlarına çevrilməyi seçdilər”. qiymətləndirmə aparıb.
“Bir çox hallarda qurbanların və sağ qalanların ehtiyacları təcili olsa da, lazımi səviyyədə dəstəklənmir. Beynəlxalq və milli yardım həyati əhəmiyyət kəsb edir”, – Voronkov üzv dövlətləri dəstək verməyə çağırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki