Kanadada ümumi seçkilərdə səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələr hakim Liberal Partiyasının birinci, Mühafizəkarlar Partiyasının ikinci yerdə olduğunu göstərir.
Elchi.az xəbər verir ki, Kanadanın CBC telekanalının ölkədə səsvermə prosesi başa çatdıqdan sonra paylaşdığı ilk qeyri-rəsmi nəticələrə görə, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası 48,1 faiz səslə seçkilərdə liderdir.
Pierre Poilievre-nin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 42 faiz səslə ikinci, Kvebek Bloku Partiyası isə 7 faiz səslə üçüncü yerdədir.
Keçmiş baş nazir Castin Trüdonun 2015-ci ildə tutduğu vəzifədən istefa verdikdən sonra martın 14-də estafeti təhvil verən Liberal Partiyasının lideri Karni, son sorğulara görə, seçki qutusundan qalib çıxması gözlənilən ən güclü namizəd olaraq görülür.
Şayəstə Hüseynova