ABŞ alimləri döş xərçənginin aqressiv növlərinə qarşı “ağıllı bomba” kimi təsvir edilən yeni müalicə metodu hazırlayıblar.
Elchi.az xəbər verir ki, işığa həssas kimyəvi birləşmələrdən istifadə edən fotodinamik terapiya (PDT) xərçəng hüceyrələrini effektiv şəkildə məhv edib.
MDU-nun biokimya professoru Sophia Lunt və kimya mühəndisliyi professoru Riçard Luntun rəhbərliyi altında hazırlanmış bu yeni üsul “siyanin-karboran duzları” adlanan birləşmələrdən istifadə edir.
Bu birləşmələrin siçanlar üzərində aparılan təcrübələrdə metastatik döş xərçəngi hüceyrələrini hədəfə aldığı və məhv etdiyi və minimal yan təsirlərlə işlədiyi bildirildi.
Fotodinamik terapiyada yeni dövr
Dr. “Bizim innovativ siyanin-karboran duzlarımız aqressiv döş xərçəngi olan xəstələr üçün daha az yan təsirlərlə hədəflənmiş müalicə variantı təklif edir. İnanırıq ki, bu tədqiqat daha təhlükəsiz və daha effektiv müalicələrə yol açacaq”, – Sophia Lunt bildirib.
Fotodinamik terapiya prosesində bədənə işığa həssas birləşmələr daxil olur və bu maddələr birbaşa xərçəng hüceyrələrində toplanır. Daha sonra bədənə tətbiq olunan yaxın infraqırmızı işığın köməyi ilə bu birləşmələr aktivləşir və xərçəng hüceyrələri məhv edilir. Bu proses zamanı sağlam hüceyrələr zərər görmür.
MDU-nun tədqiqatçısı doktor Hyllana Medeiros qeyd edib ki, hazırkı PDT üsullarında istifadə edilən kimyəvi maddələr orqanizmdə uzun müddət qalır və bu səbəbdən xəstələr müalicədən sonra aylar ərzində birbaşa işığa məruz qalmamalıdırlar: “Yeni birləşmələr bu problemi aradan qaldırır. Onlar yalnız xərçəng hüceyrələrinə lokallaşır və effektiv müalicəni təmin edir”.
Geniş miqyaslı istifadə potensialı
Tədqiqatın ilk müəllifi, MDU-nun aspirantı Əmir Röşənzadə bildirib ki, hazırlanmış metod təkcə süd vəzi xərçəngi ilə məhdudlaşmır, həm də xərçəngin digər növlərinin müalicəsində vəd edir. “Bu tədqiqat həm də dərmanların çatdırılması texnologiyaları üçün yeni bir qapı açır” dedi.
Layihənin həm-direktorlarından biri, professor Riçard Lunt bu cür multidissiplinar əməkdaşlığın xərçəng kimi mürəkkəb problemlərin həlli üçün çox vacib olduğunu vurğuladı. “Belə innovativ həllər xərçəng biologiyası, kimya və materialşünaslığın birləşməsi sayəsində mümkün olur” dedi.
Tədqiqatçılar bu yeni işlənmiş üsulu gələcəkdə xərçəngin digər növləri üzərində sınaqdan keçirmək üçün işlərini davam etdirirlər.
Yeganə