image-17401342181438550566_1200x630backend

Papanın yeni terapiyasının nəticəsi bu günlərdə bəlli olacaq

Bu günlərdə Papa Fransiskin yeni terapiyaya necə reaksiya verdiyini anlamaq mümkün olacaq.

Elchi.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Bildirilib ki, nəticədən sonra Roma Papasının xəstəxanada neçə gün qalacağı açıqlanacaq.

Fevralın 14-də xəstəxanaya yerləşdirilmiş Papa Fransiskin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdığı vurğulanıb. Vatikan mənbələri Papanın ən yaxın köməkçiləri ilə görüşdüyünü və bəzi işlərini görməyə davam etdiyini bildirib.

Xatırladaq ki, Roma Papası Fransiskə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki