Qəzza zolağında uşaqlar aclıqlarını dünyaya bildirmək üçün İsrail ordusu tərəfindən sökülən bina və evlərin dağıntıları arasında nümayiş keçirib.
Elchi.az xəbər verir ki, İsrailin soyqırımına qarşı müxtəlif fəaliyyətlər həyata keçirən könüllülərdən ibarət “Dörd Dost” komandasının Xan Yunisdə təşkil etdiyi tədbirə Qəzzada aclıqdan əziyyət çəkən və həyatda qalmaq üçün mübarizə aparan çoxlu sayda uşaq qatılıb.
Tədbirdə uşaqlar əllərində “Bəsdir, daha ölüm istəmirik”, “Sərhəd qapılarını aç”, “Acıq”, “Bizi xilas et” yazılmış plakatlar qaldırıblar.
“Aclıqdan ölürük”
11 yaşlı Rama Ebu’l-Ayneyn, “Sərhəd qapılarının açılmasını istəyirik. Aclıqdan və bombalardan ölürük. Sərhəd qapıları açılmalıdır ki, yardım girsin”. danışdı.
Ölənlərin əksəriyyətinin uşaq olduğunu bildirən Rama, “Bəsdir. İki aydır aclıqdan ölürük, nə təhlükəsizlik var, nə də təhsil var” deyib.
“Onlar gözümüzün qabağında ölürlər”
“Dörd Dost” komandasının təmsilçisi Resmi Ebu’l-Ayneyn bunun 25-ci təşkil etdikləri tədbir olduğunu, lakin ən çətin tədbir olduğunu bildirərək, “Uşaqlarımız nə yemək, nə dərman, nə də təhlükəsiz sığınacaq tapa bilmir” dedi.
İsrailin yardımların girişini əngəllədiyini və bazarlarda heç bir şey qalmadığını bildirən Resmi, “Aclıq bomba qədər ölümcüldür. Bu, aclığın xalqımıza qarşı silah kimi istifadə edilməsidir” danışdı.
Qurum rəsmisi “Aclıq, qorxu, xəstəlik və xəyanət hiss edirik. Martın 2-dən Qəzzaya nə yemək, nə də tibbi yardım daxil olub. Uşaqlarımız gözümüzün qarşısında ölür. Bəşəriyyətin vicdanı hanı? Ümmətimiz hanı?” ifadələrdən istifadə etdi.
“Dörd dost” komandası Qəzza zolağında könüllülərdən ibarət qrupdur və İsrailin soyqırımına qarşı müxtəlif tədbirlər təşkil edir.
Martın 2-dən qatil İsrail Qəzza zolağına ərzaq, yardım, tibbi ləvazimatlar və ticarət mallarının girişini əngəlləyir. Hökumət və insan haqları hesabatlarına görə, bu, humanitar vəziyyəti ciddi şəkildə pisləşdirib.
Hökumətin Qəzzadakı media ofisi aprelin 28-də bildirib ki, sərhəd qapılarının bağlanması və iki aya yaxındır davam edən blokada, xüsusilə də körpələr arasında fəlakətli sağlamlıq vəziyyətinə və geniş yayılmış qida çatışmazlığına səbəb olub.
Açıqlamada Qəzza zolağında hər gün bir milyondan çox uşağın aclıqdan əziyyət çəkdiyi, onlardan 65 min nəfərinin ağır qida çatışmazlığı səbəbindən xəstəxanalara göndərildiyi bildirilib.
Şayəstə Hüseynova