image-abd-hazine-bakanligi-2010553_1backend

ABŞ-dan İran və Çində mərkəzli təşkilatlara sanksiya qərarı

ABŞ İran və Çindən olan 6 şəxs və 6 təşkilata qarşı “İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından ballistik raket materiallarının tədarükündə rol oynadıqları” səbəbilə sanksiya tətbiq etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi “Xarici Aktivlərə Nəzarət Ofisi”nin (OFAC) yeni sanksiya qərarı ilə bağlı açıqlama verib.
Bəyanatda deyilir ki, İran və Çindən olan 6 şəxs və 6 təşkilata qarşı “Sepah İnqilabı Keşikçiləri Korpusunun adından ballistik raket materiallarının tədarükü şəbəkəsində rol oynadıqları” əsası ilə sanksiya tətbiq edilib.
Bəyanatda həmçinin ABŞ-ın maliyyə naziri Skot Bessentin “İranın raket və digər silah imkanlarını aqressiv şəkildə inkişaf etdirməsi ABŞ və tərəfdaşlarının təhlükəsizliyini təhlükə altına alır” ifadəsi də yer alıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki