Ulyanovsk sakini fevral ayında Afrikaya səfəri zamanı yoluxduğu malyariya xəstəliyinin yaratdığı fəsadlar səbəbindən dünyasını dəyişib.
Elchi.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, yerli “Motom” avtomobil şirkətinin direktoru hamilə həyat yoldaşı ilə fevral ayında Zanzibar arxipelaqına tətilə gedib və geri qayıtdıqdan sonra özünü çox pis hiss edib, başı gicəllənib, hərarəti yüksəlib. Həkimlər ilkin olaraq ona qrip diaqnozu qoyublar, lakin müalicə kömək etməyib və xəstəxanaya yerləşdirilib. Xəstəxanada 35 yaşlı kişiyə malyariya diaqnozu qoyulsa da, onu xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
Telegram kanalına istinadən cütlüyün yaxınları bildiriblər ki, cütlük malyariyaya yoluxma ehtimalından xəbərsizdir və səfərdən əvvəl tövsiyə olunan kimya-profilaktikadan keçməyib.
Nuranə Məmmədova