Hindistan ölkənin hava məkanını Pakistan təyyarələri üçün bağlayıb.
Elchi.az xəbər verir ki, bu barədə NOTAM-ın aviasiya bürosu məlumat yayıb.
Bildirilir ki, qərar aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.
Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə qoyub.
Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib.
Qeyd edək ki, terror aktından sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.