Türkiyə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümündə Rusiyanın elan etdiyi atəşkəsin Ukraynada daimi sülhün qapısını açacağına ümid edir.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
“Sülh prosesinin uzunmüddətli perspektivdə uğurlu olması üçün tərəflər üçün qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. Ümid edirik ki, bu müvəqqəti atəşkəs daha da genişlənəcək və daimi sülhün qapısını açacaq. Biz əvvəldən deyirdik ki, Rusiya ilə Ukrayna arasında müharibə yalnız ədalətli və davamlı sülhlə bitə bilər və biz buna heç vaxt ümidimizi itirməmişik. Zaman-zaman, hətta qarşıdurma kəskinləşəndə belə, biz tərəfləri masa arxasına yığıb, sülh danışıqlarını təklif etmişik. Bu, yalnız iki ölkə üçün deyil, həm də qlobal təhlükəsizlik üçün çox vacibdir və ən çox itirən Rusiya və Ukraynadır”, – deyə o qeyd edib.
Nuranə Məmmədova