image-jurnalistikabackend

Bakıda bu qəzetin işçiləri 6 aydır maaş ala bilmir…

“Bakinskiy rabochiy” qəzetinin gündəlik çapı dayandırılır.

Elchi.az  xəbər verir ki, qəzet may ayı ərzində həftəlik çapa keçəcək.

Həmçinin, iddialara görə, mətbuat orqanının əməkdaşları maliyyə durğunluğu ilə əlaqədar 6 aydır ki, əməkhaqlarını ala bilmirlər.

Məsələni dəqiqləşdirmək üçün qəzetin baş redaktoru İlqar Hüseynovla əlaqə saxlanılsa da, ancaq o, suala cavab verməkdən yayınaraq, telefonu qapadıb.

Qeyd edək ki, Azərbaycanda rus dilində çıxan qəzet ​1920-ci il noyabrın 7-dən “Bakinskiy rabochiy” adlı ilə çap olunur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki